Malların kataloqu

DECT telefonları

Simli telefonlar

GPS naviqatorlar

Netbuklar

×
Səndə qoşul!
 

Partnyorlar

Bəner
Bəner
Bəner
Bəner

Android™ 4.0 platforması üzərində gələcəyin smartfonu - Samsung GALAXY Nexus

PDF faylını al Çap E-poçt


Samsung GALAXY Nexus smartfonu ən yeni texnologiyalar və qüvvətli aparat komponentləri, o cümlədən 4.65” HD Super AMOLED displeyi, nazik və zərif gövdə və həddindən yüksək sürətli, iki nüvəli 1,2 GHs prosessorla təchiz edilmişdir. Android™ 4.0 Ice Cream Sandwich platformasının ən yeni versiyası sadə və intuisiya səviyyəsində başa düşülən istifadəçi menüsü ilə fərqlənir.
Ən yeni dialoq elementlərinin (qadcet) həvəskarları rəngarəng Google mobil rabitə xidməti proqramlarını, Google+ sosial şəbəkəsinin dəstəyini, ekran blokirovkasının təbəssümlə açılmasını və panoram şəkillərinin avtomatik surətdə yaradılması imkanını layiqincə qiymətləndirəcək.

 




Qarşılayın: Аndroid™ 4.0

Samsung GALAXY Nexus – dünyanın Android™ 4.0 Ice Cream Sandwich platforması üzərində ilk smartfonudur. Smartfon istifadəçiləri öz sadəliyi, zərifliyi və rahatlığı ilə fərqlənən yeni istifadəçi menüsünü layiqincə qiymətləndirəcək. Burada hər şey yeni tərzdə olacaq: qrafik menü elementlərindən (vidcet) və ekran blokirovkasından tutmuş çoxfunksiyalılığın və bildirişlərin reallaşdırılmasına qədər.

Həddindən parlaq HD Super AMOLED displeyi

Parlaq və yüksək dərəcədə dəqiq təsvirli, 4,65” diaqonallı və 1280 X 720 nöqtə səviyyəsində fantastik dərəcədə aydın təsvirli, zəngin rəng palitrasının ən zərif çalarlarını öz üzərində əla şəkildə hasil edən HD Super AMOLED displeyinə qarşı etinasız qalmaq mümkün deyil. Bu displey üzərində fotoşəkillərə baxmaq, videodan həzz almaq və internet səhifələrində gəzişmək çox rahatdır. 16:9 nisbətində geniş ekran – videoya və sevimli filmlərə tamaşa etmək üçün mükəmməl həll variantıdır.


Çevik və qüvvətli, iki nüvəli prosessor

1,2 GHs qüvvətli və iki nüvəli prosessor internet səhifələrinin kompüterə tez köçürülməsini təmin edir, smartfonun çoxfunksiyalı iş rejimini, məlumatların ani göndərişi və qəbulunu, habelə rejim və funksiyaların rəvan şəkildə dəyişdirilməsini əla şəkildə dəstəkləyir. HSPA+ (21 Mbit/s-ə qədər) simsiz rabitə protokolunun dəstəklənməsi çevik məlumat mübadiləsini təmin edir, bu zaman məlumat nəqlinin sürəti bundan əvvəlki versiyadan olan protokolun (HSDPA, 7,2 Mbit/s) istifadəsi sürətindən üç dəfə artıq olur. Bu, o deməkdir ki, siz daha qısa vaxtda istənilən kontenti kompüterə köçürdə, video filmlərə baxa, musiqi dinləyə və sevimli oyunları oynaya biləcəksiniz.


Sadə və zərif dizayn

Çox gözəl və zərif dizayn və həddindən kiçik qalınlıq qiyməti (8,94 mm). Bir qədər əyri yan tərəflər və 4,29 enində nazik çərçivə smartfonun zərif üslubunu vurğulayır. Düymə və klavişaların olmaması, eyni zamanda fantastik dərəcədə gözəl Hyper Skin ekran tərtibatı elə hey ekrana toxunmağa və onun sizin toxunuşunuza ani reaksiyasını hiss etməyə sövq edir.


Sadə, rahat və gözəl istifadəçi menüsü

Android 4.0 platforması üçün yeni istifadəçi menüsü yeni interaktiv qrafik menü elementləri, ekran blokirovkasını açmağın yeni üsulunu, şriftlərin ölçüsünü dəyişdirmək imkanını və bir çox digər parametri təklif edir: öz Samsung GALAXY Nexus-unuzu öz istəklərinizə uyğun olaraq sazlayın!


Blokirovkanın təbəssümlə açılması: Feyskontrol funksiyası

Samsung GALAXY Nexus smartfonunun Feyskontrol funksiyasının köməyilə siz smartfonun blokirovkasını öz təbəssümünüzlə aça bilərsiniz. Heç bir parol yadda saxlamaq lazım deyil, sadəcə smartfonu işə salın və telefonun kamerasına baxın və onun blokirovkası açılacaq.


Android Beam funksiyası

Samsung GALAXY Nexus-un köməyilə siz əlaqə məlumatlarınızı, sevimli vebsaytlara dair istinadları, tətbiqi kompüter proqramlarını, marşrutları və video filmləri öz dostlarınız və yaxınlarınızla asanlıqla mübadilə edə biləcəksiniz. Məlumat nəqlini başlamaq üçün öz Samsung GALAXY Nexus-unuzu NFC texnologiyasını dəstəkləyən digər telefonun yanına qoymağınız kifayətdir. Kontenti mübadilə etmək – su içmək qədər asandır!


Google +

Öz mobil rabitə imkanlarınızdan istifadə edin: telefonun içinə quraşdırılmış Google+ sosial şəbəkəsində ünsiyyət və eyni vaxtda 9 abunəçi ilə video söhbət imkanı. Google + sosial şəbəkəsi əlaqə məlumatlarını dairələr şəklində birləşdirmək, kollektiv söhbət təşkil etmək, kontenti ani surətdə vebserverə yükləmək imkanı yaradır. Nəhayət, siz sadəcə Google Talk, Gmail, email, SMS və Google Voice kimi adi funksiyalardan istifadə edə bilərsiniz.


Çaxmaq gecikməsinin sıfır səviyyəsində olması şərtilə ani fotoçəkiliş

Çaxmaq düyməsinin basılması və şəklin əldə edilməsi arasında ləngimənin olmaması sizin məhz hazırkı anda ekranda gördüyünüzü ani surətdə fotoşəklə həkk etdirməyinizə imkan verir. Təsvirin böyüdülməsinin təkmilləşdirilmiş texnologiyası çəkiliş hədəfinə yaxınlaşmadan iri planların şəklini çəkməyə, habelə təsirli makro şəkillər hasil etməyə imkan verir. HD formatlı video çəkilişin əla keyfiyyəti və aydınlığı təsvirin sabitləşdirilməsi sisteminin vasitəsilə təmin olunur, xüsusi rəqəmli filtrlər isə sizin fotoşəkil və videofilmlərinizə əlavə cazibə bəxş etməyə və onları daha maraqlı etməyə kömək edəcək.


Kameranın bir hərəkəti ilə panoramanın çəkilməsi

Samsung GALAXY Nexus smartfonunda 5 Mpiks (1920 х 1080 nöqtə) səviyyəsində təsvir aydınlığına malik foto/videokamera zəif işıqlandırma şəraitində çəkiliş aparmaq üçün avtomatik fokusa yığma rejimi və yüksək dərəcədə həssas sensorla, habelə asanlıqla istifadə olunan panorama çəkilişi rejimi ilə təchiz edilmişdir.

Full HD (1080p) formatında foto və ya video çəkiliş edin, fotoşəkil və videoklipləri redaktə edin və öz smartfonunuzun nəhəng və parlaq displeyində dostlarınıza nümayiş etdirin.

Google-un mobil rabitə xidməti proqramları sizin ovcunuzun içində

Samsung GALAXY Nexus istifadəçiləri asanlıqla son proqram yeniləşdirmələrini əldə edə və yeni Google mobil rabitə xidməti proqramlarını işə sala biləcək. Ən məşhur proqramlar isə artıq əvvəldən sizin yeni smartfonda quraşdırılmışdır!