Malların kataloqu
Mobil telefonlar
DECT telefonları
Simli telefonlar
Nömrələr
GPS naviqatorlar
Aksessuarlar
Planşet PK
TOP satış
- 1. Samsung I9100 Galaxy SII
- 2. Samsung S5830 Galaxy Ace
- 3. Samsung C5212 Duos
- 4. Samsung E2222 Dual
- 5. Nokia 200 Dual
- 6. Nokia 303
- 7. Nokia C3
- 8. BlackBerry 9790
- 9. LG P698 Dual
- 10. Apple iPhone 4S 64GB
Partnyorlar
Bada platforması üzərində həssas cihazlı 3-cü nəsil smartfonu |
|
|
|
|
Ən müasir Wi-Fi və Bluetooth 3.0 standartları sayəsində məlumat nəqlinin sürəti daha yüksək oldu. Çevik simsiz LAN rabitəsi videoyazıların , oyun və tətbiqi kompüter proqramlarının köçürülməsi sürətini artırır, sizə fotoşəkilləri daha tez dərc etmək və öz yeni xəbərlərinizi dostlarınızla mübadilə etmək imkanı yaradır. Müasir BT 3.0 standartı — daha etibarlı və çevik rabitə deməkdir: dolaşıq naqillər olmadan zənglər qəbul edin və musiqi dinləyin, habelə ani fayl mübadiləsi üçün smartfonu digər Bluetooth cihazlarına qoşun, eyni vaxtda printerlər, noutbuklar və fərdi kompüterləri (FK) işə salın. Yüksək texnologiyalı və dəbdəbəli Sonuncu Wave578 modelinin zərif gövdəsinin rəvan xətləri və dəyirmi kənarları sizin müasir üslubunuzu vurğulayacaq. Əl ilə toxunduqda xoş təəssürat bağışlayan metal bəzəklər smartfona zəriflik bəxş edir, lakin onun çəkisini artırmır. Sizi çevik və təhlükəsiz tərzdə adi iş günlərindən fəal mobil ünsiyyət dünyasına keçirməyə qadir olan smartfonun əlinizdə necə rahatlıqla durduğunu qiymətləndirəcəksiniz. Zəngin virtual ünsiyyət Social Hub sosial portalı sosial şəbəkələr, çatlar (söhbətlər), elektron poçt və təqvimlərin dağınıq qeydiyyat yazılarını bir yerə toplamağa imkan verir. Telefon kitabı və təqvimi məşhur sosial şəbəkələr (Facebook, Twitter və MySpace) ilə sinxronlaşdırmaq imkanı sayəsində KİV məzmunlarını dostlarla mübadilə etmək və statusları yeniləşdirmək daha asan olacaq. Push IM texnologiyası ani xəbər mübadiləsini təmin edir, sosial şəbəkələrin idarəetmə menüləri (vidcet) isə bir toxunuşla real vaxt rejimində sevimli saytlara və yeni xəbərlərə daxil olmaq imkanı yaradır. Smartfonun qarşı lövhəsində yerləşən və onun içinə quraşdırılan kamera video zənglər etməyə və video söhbət əsnasında avtoportret videosu yazmağa imkan verir. Rəngarəng Samsung Apps tətbiqi kompüter proqramları Siz oyunlar, əyləncə və sosial şəbəkələrdə ünsiyyət üçün tətbiqi kompüter proqramlarının zəngin çeşidinin köməyi ilə öz mobil rabitə həyatınızı rəngarəngləşdirə bilərsiniz. Yüksək keyfiyyətli tətbiqi kompüter proqramlarının geniş çeşidi, o cümlədən həm pulsuz, həm də Samsung Apps dükanından əldə edilən ödənişli elektron kitablar, xəbərlər və sorğu kitabları vasitəsilə Wave578 smartfonunu öz ehtiyaclarınıza uyğun olaraq sazlayın. |






