 Daha böyük displey — daha çox həzz
Böyük 5,3" displey + Həddindən zərif dizayn
Böyük rahat displeyinə baxmayaraq bu model rahat və yüngül gövdəsi ilə öyünə bilər. Zərif dizayn (cəmi 9,65 mm!), həddindən kiçik çəki — hər şey elə düzəldilmişdir ki, siz heç vaxt Samsung GALAXY Note-dan ayrılmayasınız.
HD formatlı Super AMOLED displeyi
5,3 düymlük diaqonallı HD Super AMOLED displeyi müstəsna dərəcədə yüksək təsvir aydınlığına zəmanət verir, şəxsi iştirak təəssüratı təmin edir. Rəng palitrasının zənginliyi, çalarların dolğunluğu, xırdalıqların son dərəcə dəqiqliklə göstərilməsi - “cib” kinoteatrı hər vaxt sizin xidmətinizdədir!
Məlumatı çevik və rahat surətdə əldə etmək üçün tam ekran rejimi
Minimal vərəqləmə
Displeyin böyük ölçüləri sayəsində (5,3 düym), siz oxuduğunuz mətni vərəqləmədən və onun hissələrini böyütmədən ekrandakı mətni asanlıqla oxuya biləcəksiniz. Heç bir artıq hərəkətə ehtiyac yoxdur!
S Planner: yüksək texnologiyalı və intuitiv səviyyədə başa düşülən planlaşdırma vasitəsi
İntuitiv səviyyədə başa düşülən istifadəçi menüsünə malik yüksək texnologiyalı S Planner təqvimi mürəkkəb tapşırıq cədvəllərini idarə etmək üçün əla alətdir. Siz artıq hər dəfə bloknotda xatırlatma qeydləri yazmalı olmayacaqsınız. S Pen-in köməyilə əlyazma mətnini daxil etmək kifayətdir və sizin qeyd elektron formata çevriləcək və cədvələ əlavə ediləcək. Müəyyən icra müddətinə malik (gün, həftə və ya ay ərzində yerinə yetirilməli) cari tapşırıqların nəzərdən keçirilməsi və planlaşdırılmasının rahatlığı sizin öz planlarınızı çevik surətdə düzəltməyinizə imkan verir. Savadlı planlaşdırma — uğurun yarısıdır!
Əsl özünüifadə azadlığı
Qeydlər və rəsmlər yaratmaq üçün S Pen elektron qələmi
Samsung GALAXY Note smartfonu hətta ayaqüstü vəziyyətdə sizin bütün fikirlərinizi ekranda həkk etdirməyə və yaddaşda saxlamağa imkan verir. S Pen xüsusi elektron qələmi sensor idarəetməsinin köməyi ilə basma hərəkətinə, ekran boyunca hərəkətin sürətinə və s. reaksiya verir. S Pen-in köməyilə siz asan və çevik surətdə şəkil çəkə, mətn yaza bilər və öz istəyinizlə həmin mətni çap mətninə çevirə bilərsiniz.
S Memo: Məlumatın qələmlə daxil edilməsi funksiyasına malik qeydlər bloknotu
S Memo qeydlər bloknotu ekranda sizin fikirlərinizi asan və çevik surətdə həkk etdirməyə və telefonun içinə quraşdırılmış yaddaşda onları saxlamağa imkan verir. Bu bloknotda təkcə mətni məlumatı deyil, həm də səsli şərhlər və rəsmləri qeydə almaq, lazım olduqda isə onları hətta redaktə etmək olar.
İstənilən ekranın ani fotoşəkli və mətni şərhlər əlavə etmək imkanı
İstənilən ekranı şəkil kimi yaddaşda saxlamaq olar və ona mətni şərh daxil etmək olar. Bundan əlavə, S pen elektron qələminin köməyilə ekran şəkillərini kadrlara bölmək (lazımi hissələri kəsib götürmək) olar.
- Əlyazma şərhi
- Təsvirin kadrlara bölünməsi (hissənin kəsilib götürülməsi)
- Əlyazma mətninin rəqəmsal formata çevrilməsi
- Nitqin/musiqinin yazılması
Fotoşəkillər və videokliplərin fərdiləşdirilməsi
S Pen elektron qələminin köməyilə siz öz şəkillərinizə mətni şərhlər əlavə etməklə, onları asanlıqla fərdiləşdirə bilərsiniz. Öz həyatınızın əziz anlarını uzun müddət ərzində xatırlamaq üçün yaddaşda saxlayın!
Fikir və təəssürat mübadiləsi üçün geniş imkanlar
İndi ünsiyyət təkcə mətn formatı ilə məhdudlaşmır. Siz öz fikir və hislərinizi dostlarınız və yaxınlarınızla təkcə SMS və elektron məktubları vasitəsilə deyil, həm də yeni Samsung ChatON xidmət proqramından istifadə etməklə öz şəxsi rəsmləriniz vasitəsilə mübadilə edə bilərsiniz.
Təsirli imkanlar və həddindən yüksək məhsuldarlıq
8 Mpiks təkmilləşdirilmiş fotokamera
Telefonun içinə quraşdırılmış, avtomatik fokusa yığma funksiyasına və diod işığı siqnalına malik rəqəmsal kameranın köməyilə siz həyatınızın ən maraqlı hadisələrinin keyfiyyətli fotoşəkilləri və videoroliklərini hasil edə bilər, böyük və parlaq displey üzərində isə onlara tamaşa edə və dostlarınız və yaxınlarınıza onları nümayiş etdirə bilərsiniz.
Fotoçəkiliş rejimi
|
Təsvirin sabitləşdirilməsi
|
“Süjetlər” rejimi
|
İşıqlandırma kompensasiyası
|
Fokusa yığma rejimi
|
Əla görmə imkanı
|
Göz vurma qeydiyyatı
|
Avtomatik dayandırma
|
Təsvir aydınlığının tənzimlənməsi
|
Ağ rəngin müvazinəti
|
İşıqlandırmanın avtomatik surətdə ölçülməsi
|
Avtomatik kontrast tənzimləməsi
|
Təsvir keyfiyyətinin seçilməsi
|
İstiqamətləndiricilər şəbəkəsinin işə salınması/dayandırılması
|
Coğrafi mövqeyin təyin edilməsi (GPS)
|
Telefonun içinə quraşdırılmış yaddaş
|
2500 mAs-lıq akkumulyator
Böyük tutumlu akkumulyator smartfonun uzun müddətli işini təmin edir. Öz yeni imkanlarınızdan daha uzun müddət ərzində həzz alın!
Sürətli iş: HSPA+ 21 Mbit/s protokollarının dəstəklənməsi və 1,4 GHs iki nüvəli prosessor. GPS və Dünya peyk naviqasiyası sistemi (DPNS)
İnternet şəbəkəsində gəzişmə və tətbiqi kompüter proqramlarından istifadənin misli görünməyən dərəcədə sürətli olması 1,4 GHs qüvvətli iki nüvəli prosessor və HSPA+ (21 Mbit/s-ə qədər) protokollarının dəstəklənməsi ilə təmin olunur. Etibarlı naviqasiya: GPS və DPNS-in dəstəklənməsi
Əlavə imkanlar
Microsoft Exchange ActiveSync
Samsung GALAXY Note telefonu Microsoft Exchange serveri üzərində korporativ resurslara təhlükəsiz giriş imkanını təmin edir. Sizin telefonun içinə quraşdırılmış təqvim, elektron poçtu, əlaqə məlumatı və tapşırıqlar siyahısı müntəzəm surətdə yeniləşdiriləcək və aktual olaraq qalacaq. Samsung GALAXY Note ən dolğun sazlama variantlarının dəstəklənməsini təqdim edir. |