|
“Smartphone” – ingilis dilindən tərcümədə “ağıllı telefon” deməkdir. Adi telefonlar kifayət qədər geniş imkanlara malikdirlər, lakin onların smartfonlara çatmasına hələ çox var. Belə bir kəlam mövcuddur: “Proqramlarsız kompüter – mıxları olan vedrəyə bənzəyir”, bu cür, ağıllı telefon haqda da söyləmək mümkündür.
Müxtəlif proqramların quraşdırılması Sizin mobil telefonunuzun funksionallığını kifayət qədər genişləndirməyə imkan yaradır. Məsələn, videopleyeri quraşdırmaqla siz filmlərə baxa və uzun yol qət etdiyiniz zaman bu yolu qısalda bilərsiniz. Tətbiqetmələr dispetçeri operativ yaddaşı boşaltmaqla və bununla da sistemin məhsuldarlığını artırmaqla istifadə edilməyən tətbiqetmələri bağlamağa imkan verir. Fayl meneceri yaddaş kartında saxlanılan məlumatlarla işi təmin edir. ICQ-sifarişçi bütün dünyadakı həmsöhbətlərlə istənilən yerdə və istənilən vaxtda ünsiyyət qurmağa imkan yaradır. Elektron poçt və İnetrnet səhifələrə baxılması da həmçinin çoxdandır ki, smartfonlarda məskən salmışlar. Bluetooth-dan istifadə etməklə siz divandan qalxmadan stolüstü kompüterdən istifadə edə bilərsiniz. Kitabsevərlərin ixtiyarına müxtəlif ədəbiyyatı oxumaq üçün proqramlar verilir. Sizi hər zaman sevimli musiqiniz müşayiət edəcəkdir. Xarici dil həvəskarları üçün danışıq kitabları və lüğətlər mövcuddur.
Bu, smartfonların böyük potensialının yalnız cüzi bir hissəsidir. Onların xüsusiyyəti menyunun daxili tərtibatına dəyişikliklərin daxil edilməsi imkanıdır, məsələn, qəbul edilmiş zənglərin şəklinin dəyişdirilməsi, bəzi faylara çıxışın parol tətbiq etməklə məhdudlaşdırılması, arzuolunmaz nömrələrdən gələn zənglərə və sms-yə cavab verməmək imkanı. Daha bir üstünlük smartfonların qiymətinin sürətlə aşağı düşməsidir, orta sinifli telefonun qiyməti də təxminən smarfonların qiyməti həcmindədir. |