|

Ötən il Samsung şirkəti bazara top qacet fanatlarının heyran olduğu Galaxy S adlı texnologiyalar nəhəngini çıxarmışdır, bizim özümüz də onun güclü içliyindən müsbət mənada təəccübləndik.
Modelin bu gün də təravətli və gümrah görünməsinə baxmayaraq, onun yanından laqeyd keçə bilmədiyimiz Galaxy S ilə əvəz edilməsi vaxtı çatdı. Gəlin bu dəfə smartfonun korpusuna nəyin yerləşdirildiyinə baxaq.


Xarici tərtibat İlk baxışdan yeni Galaxy tamamilə görkəmsiz əşya təsiri bağışlayır, həm də üz səthindəki həcmli sensor şüşə hesaba alınmasa, tamamilə plastikdən yığılmışdır. Nə qədər təəccüblü olsa da, bu qədər böyük və nazik qacet rahatlığı təmin etməklə, eyni zamanda yaxşı quraşdırma keyfiyyəti və lüftların olmaması və sıxan zaman xışıltının olmaması ilə təəccübləndirməklə əldə yaxşı oturur. Bunlarla yanaşı yeni smartfon cəmi 14 qram çəkiyə malikdir, bu da onu böyük cibi olan istənilən geyimdə daşımaq imkanı verir.
Gördüyünüz kimi aparatın dizaynı o qədər də parlaq deyil, bu da onu “ciddi” korporativ istifadəçilərə tövsiyə etməyə imkan verir. Burada qırmızı və qara rənglərin vəhdətinə rast gəlməzsən.
iPhone smartfonu sahibləri və pərəstişkarları sevinə bilərlər –açıla bilən arxa qapaq o qədər nazik və o qədər əyilə biləndir ki, onun taleyi adamı narahat edir. Bu cür nüfuzlu divays (həm də şirkətin flaqmanı) üçün bu haradasa təəccüblüdür. Displey Galaxy S II gözəlliyi və fəxri – 480 x 800 nöqtəli, 24 bit rəng palitrasına malik və eləcə də bütün mümkün təriflərə layiq gözəl 4.3 –düyümlü Super AMOLED-displey. Matrisaların əvvəlki nəslindən fərqli olaraq burada kəsilib qısaldılmış PenTile əvəzinə tam RGB sxemindən istifadə edilir. Ola bilsin ki, burada böyük fərq vardır, lakin qeyd etmək lazımdır ki, bu, günəşdə özünü əvvəl gördüklərimizdən daha yaxşı aparan ən parlaq və dolğun rəng çalarlarına malik ekrandır. Ağ rəngin həddən artıq parlaqlığı ağ fonun təsvirində parlaqlıq işartısının məcburi azalması ilə həll edilir. Bu displeydə şəkillər əla görünür, film və çarxlar bundan da yaxşı görünür, şəkil təbii təsviri ilə fərqlənmir. Qoy belə olsun, axı bu peşəkar monitor deyil, gündəlik istifadə üçün smartfondur.
Elektrik təchizatı Yüksək texnologiyalar sahəsində Samsung şirkətinin böyük uğurlara nail olmasına baxmayaraq, Galaxy S II-də akkumulyator olduqca adidir və beş saatlıq maksimal ardıcıl istifadəyə, yeni smartfonu o qədər də yükləmədikdə isə iki günə bəs edir. Buna ekranın orta parlaqlığı, sutkada bir saat danışıq, iki saat musiqiyə qulaqsama, bir saat oyun və videoya baxmaqla, 10 dəqiqə kameradan istifadə etməklə və inetdə 100 Mb trafikin işlənməsi ilə nail olunur, Olduqca yaxşı nəticədir.


Proqram içliyi Biz bilərəkdən smartfonun içliyi ilə bağlı təfərrüatlara toxunmuruq, belə ki bunun üçün Galaxy S II icmalının ikinci hissəsi ayrılacaqdır, indi isə bütün diqqəti softa yönəltmək istəyirik. Bütün bunlar üçün əsas Android 2.3-dür – hər çatışmayan versiyanın asanlıqla Android Market-dən yüklənə biləcəyi Google-dan ən aktual versiya. Təəccüblü olsa da yeni smartfonda son nəslin TouchWiz firma interfeysindən istifadə olunur, bu interfeysin əsas xüsusiyyəti iş masasının və bloklaşdırma pəncərəsinin səliqəli tərtibatıdır. Vidcet və yarlıqların altında yeddi virtual qat mövcuddur, fon kimi isə statik şəkli və ya fotonu quraşdırmaq, yaxud da dəbli animasiya fonunda qalmaq olar. Smartfonun əvvəlcədən quraşdırılmış əlli vidcetlə təchiz edilməsi xoşagələn haldır. Əsas menyuda da son dərəcə dəqiq iş görülmüşdür, bunun da nəticəsində bütün ikonlar iki tərəfli göstərilmə pəncərəsində qruplaşırlar, həm də bütün bu sərvəti sadələşdirməsi üçün bir sıra variantlar da mövcuddur. Tənzimləmə qrafasını ayrıca qeyd etmək lazımdır, bu planda, qarşımıza bazarda ən funksional smartfon çıxır.
Soft Menyunun bütün mümkün punktlarının bolluğu demək olar ki. əlaqənin ənənəvi üsullarından istifadə sadəliyinə və rahatlığına təsir göstərməyib. Rahat klaviatura və standart zəngli telefon, habelə seçilmiş və digər qeyd akkauntları ilə bağlı funksional əlaqə qoşulmaları mövcuddur. Bütün əlaqələrə cəmi bir saat vaxt sərf etməklə sosial şəbəkələr və telefon kitabçası a
rasında tam inteqrasiyaya malik olmaq, sonra isə adamla necə əlaqə saxlamağın daha yaxşı olacağı haqda fikirləşmək mümkündür.
Məlumatlarla işləmək Abdroid 2.3 üçün standart haldır, yalnız bir sıra skrinşotları göstərmək qalır. Lakin bu hamısı deyil, Swype-in dəstəyi ilə virtual QWERTY–klaviaturaya bir dəqiqə diqqət yetirməyə dəyər. Bu, mətnin rahat yığılması ilə bağlı bazarda ən rahat smartfonlardan biridir, bundan başqa burada sözlərin səsli tanınması sistemi də mövcuddur. Təəssüf ki, sistem başqa dilləri deyil, yalnız ingilis dilini tanıyır.
Daha nə? Bu icmalda nə isə çatmır, elə deyilmi? Məsələn, aparat içliyinin ətraflı s
ınaqdan çıxarılması, smartfonun multimedia funksiyalarının və yeni kamerasının diqqətlə nəzərdən keçirilməsi, eyni zamanda nəticələrlə bağlı təfərrüatlar. Bütün bunlar icmalın ikinci hissəsində veriləcək və biz Samsung Galaxy S II-ni rəqibləri ilə müqayisə edəcək, bütün müsbət və mənfi cəhətləri ölçəcək, sonra isə sualla cavab verəcəyik: bu top smartfonu almağa dəyərmi. Yenilikləri saytımızda izləyin, maraqlı olacaq.






|