|

Fikirləşirik ki, 2011-ci ilin ən yaxşı smartfonu – resursumuzun iki hissəsində xülasənin həsr olunduğu I9100 Galaxy S II-dir. Əgər hər kəs bu cür, lakin daha ucuz qiymətə aparata sahib olmaq istəyirsə, nə etmək olar? Elə bunun üçün, bütün suallara cavab verəcək Samsung i9103 vardır.

Dizayn Yeni Samsung i9103 Galaxy R-nin (artıq Galaxy Z kimi tanınan) görünüşü tamamilə “ikinci qalaktikanı” təkrarlayır. Ön hissədən hər iki smartfon əkiz qardaşlar kimi bir-birinə bənzəyir.Ön panelin böyük şüşəsi ekranı və danışıq dinamikasından solda yerləşən bir neçə datçiki örtür. Onun altında bərabər ölçülü qara fonda gümüşü rəngi ilə firma loqotipi görünür. Kommunikatorun ölçüsü 135 qramdır, bu da 4.2-düyümlü ekranı olan qadjet üçün yetərlidir. Digər 125 x 66 mm ölçüləri smartfonun “belşəkilli” olmasından və yalnız geniş kişi ovcuna sığdığından xəbər verir. Əks halda telefonu tam şəkildə tutmaq mümkün olmaz və erqonomika haqda təəssüratlar olduqca ziddiyyətli olacaqdır. Yeni aparatın qalınlığı ilk baxışdan ortadır – cəmi 9.5 mm, lakin cəmi 8.8 mm qalınlığında olan orijinal Galaxy II-nin fonunda smartfon kifayət qədər “dolu” görünür. Əgər ön hissənin dizaynına ideya çatmayıbsa, arxa səth daha orijinal alınmışdır – metaldan istifadə edildiyini qeyd etmək lazımdır. Paneldə, plastik detalın böyük hissəsini tutan əlavəni görmək olar. Bu tünd rəngli örtük onu bəzəyən uzununa örtüklə bəzənmişdir. Quraşdırmanın keyfiyyətindən danışmağa dəyməz – yenilik şirkətin ən yaxşı ənənələrinə uyğun “əla” quraşdırılmışdır.

Ekran Super AMOLED Plus-un quraşdırıldığı flaqman qurğudan fərqli olaraq burada digər növ ekrandan istifadə edilir. Bu, Samsung i9003-də rast gəlinən 480 x 800 nöqtəli həlletmə ilə 4.2-düyümlü Super-Clear LCD aparatıdır. Multitaçlı həcmli ekran böyük parlaqlığı ilə fərqlənirlər və buna görə də parametrlərinə görə o hətta top modeli də geridə qoyur. Şəkillərin keyfiyyəti baxımından model olduqca yaxşıdır, i9100-dən fərqli olaraq burada SAMOLED-in fərqlənmədiyi təbii rəngləri görmək mümkündür. Baxış bucaqlarında qüsur yoxdur, şəkil dəyişmir, buna baxmayaraq qara rəngin əks edilməsi baxımından qurğu fərqlənmir, o təbii çalarına yaxın olan boz rəngə çalır. Bununla belə, qüsurları axtarmağı qarşıya məqsəd qoymadıqda, yeniliyin ekranı müstəsna olaraq müsbət təsir bağışlayır.
İçliyi Tegra 2 bazasında devaysı əldə etmək istəyənlər üçün şübhəsiz ki, Samsung i9103 alış üçün ən yaxşı namizəd olacaqdır. Burada 1 Qb operativ yaddaşın əlavə edildiyi 1HGz tezliyində işləyən ikinüvəli ARM Cortex-9 prosessorundan istifadə edilir. Məlumatların yaddaşda saxlanması üçün 2 Qb quraşdırılmış yaddaş mövcuddur, bunlara flash –yığıcı şəklində 4Qb-də əlavə edilmişdir. Həcmi əlavə olaraq genişləndirmək lazım gəldikdə, 32 Qb həcmli microSD kartından istifadə etmək olar. Onun üçün bölmə narahat yerləşdirilmişdir, yeni film və ya serialların saxlandığı yığıcılarla məzuniyyətə getmək istədikdə, hər dəfə akkumulyatoru çıxarmaq lazım gələcəkdir. Samsung i9103 TouchWiz 4.0 firma örtüyüün əlavə edildiyi Android 2.3.4.-ün rəhbərliyi altında işləyir. Smartfon olduqca sürətlə işləyir – model, toxunan zaman ani reaksiyası və cavab verməsi ilə sevindirir. Telefon əl hərəkətlərini yadda saxlayır və qurğudan istifadə sadə və təbii hərəkətlər sayəsində daha rahat olur.

Tərtibat Modelin interfeysi dəqiqliklə bizim Galaxy S II-də gördüyümüz funksiyaları təkrar edir. 2.3.4-cü versiyaya qədər təzələmə smartfonun imkanlarına əhəmiyyətli dərəcədə təsir göstərməyib. Burada, istifadəçinin əlavələrin yarlıqlarından tutmuş vijetlərə qədər müxtəlif məzmunları əlavə etdiyi yeddiyədək virtual zona ola bilər. Örtük, faylları menyuda olduğu kimi qovluqlarda qruplaşdırmaqla onlar üçün yeni bölmələr yaratmağa imkan verir. Fona, qrafik tərkiblərlə bütün yeddi zonanı örtmək üçün 960 x 800 həlletmə nöqtəsinə malik olmalı olan böyük şəkil yerləşdirilir. Həmçinin, bloklaşdırma ekranına təsvir təyin olunur. Yeri gəlmişkən, gözləmə rejimində bu zonaya yeni SMS və buraxılmış zənglər haqda bildiriş düşür, bu çox rahatdır.

Kommunikasiya Müasir smartfon məlumatların ötürülməsi üçün tam vasitələr dəstinə malikdir. O, üçüncü nəsil şəbəkələrində işləyir, W-Fi IEEE 802.11n modulu və yüksək sürətə malik Bluetooth 3.0 ilə təchiz edilmişdir. Telefon, digər qurğulara mobil internet əldə etməyə kömək edərək çıxış nöqtəsi kimi işləyir. Kompüterlə sinxronlaşdırma üçün USB 2.0 yararlıdır, lakin ondan olduqca nadir hallarda istifadə ediləcəyi güman edilir. Yeni faylların yüklənməsi üçün firma softu Samsung Kies-in yeni versiyası daha rahatdır, Wi-Fi vasitəsilə işləyən bu versiya tənzimləmə prosesində sadədir və əlavələrin əvvəlki versiyalarından fərqli olaraq nasazlıqdan yaranan fasiləyə yol vermir.


Kamera Bu modeldə modul Galaxy S II-də olduğu kimi o qədər də keyfiyyətli deyildir. Daha az meqapikselə malikdir: 8 nisbətində 5. Bu o deməkdir ki, detalizasiya səviyyəsi aşağıdır və rəng ötürülməsi daha pisdir, videonu isə indi yalnız 720 p-də yazmaq mümkündür. Buna baxmayaraq, avtofokus və işıq diodlu işrtı qalmaqdadır. Əlavələr interfeysini öyrənmək asandır, bu da böyük syda parametrləri olan menyunu nəzərdən keçirməyə yardım edir. Lakin, parametrlərin debrlərinə nəzər salmaq istəmədikdə, sadəcə displeyə toxunmaq kifayət edər və şəkil yaddaşda qalacaqdır. Bu smartfonda avtomatika əla işləyir.

Media Qalereya iş sürəti ilə heyran edir – qurğu hərəkətə olduqca sürətlə reaksiya verijr. Tərtibat əvəvlki səviyyədə qalmışdır. Faylların qruplaşdığı qovluqların strukturu şəkillərin rəngarəng matrisasını ekrana çıxarmağa imkan verir. Böyük və keyfiyyətli displeydə rəngarəng kontentə baxmaq xoşagələn haldır, və əgər dostlarınla orada verilənləri paylaşmaq istəsəniz – heç bir problem yoxdur, məlumat mübadiləsi üçün müxtəlif vasitələr siyahısı mövcuddur. Rahat multitaç, ekranın dönmə sürəti – bu anlar ətrafda olan hər bir kəsi sevindirir. Onlar telefondan daşınan mediasəsləndirici kimi istifadə etməyə imkan verir. Niyə də yox? O bu rola uyğun gəlir. Əgər təsvirlər təngə gətiribsə, onda videopleyeri işə salmaq lazımdır. Quraşdırılmış DivX və XviD dəstəyi roliklərin konvertasiyası haqda unutmağa imkan verir. Faylların surətini telefona köçürmək kifayətdir, bundan sonra qurğu özünü kino və ya seriallara baxmaq üçün multiformat mənbə qismində göstərəcək. Həm də növbə ilə müxtəlif videolara baxmaq mümkündür, qurğu son dəfə baxılan hissəni yadda saxlayır (televizora qoşulmaq üçün ilkin mediapleyerlər kimi). Pleyerin rahat yeri bu əlavə üçün ayrıca olaraq ekranın parlaqlığını tənzimləməyə imkan verir, bu da öz növbəsində iş vaxtını optimallaşdırmağa gətirib çıxardır. Musiqili pleyer qəşəngdir və ona funksional ekvalayzer əlavə edilmişdir, burada öz şəxsi tənzimləmələrinizi yaratmaq üçün rejim tapmaq mümkündür. Müxtəlif formatların mövcudluğu o qədər də aktual deyildir, belə ki istifadəçilərin əksəriyyəti MP3-fayllarını yükləyir və bitreyt məsələsi onları o qədər də maraqlandırmır. Yeri gəlmişkən, mahnıları qurğunun yaddaşında saxlamaqla albomlu brauzer vasitəsilə birbaşa və ya ayrı-ayılıqda yükləmək mümkündür. Şəbəkə resurslarına baxış əla həll edilmişdir. Böyük ekran – rahat web-serfinqin əsasıdır. Qurğu avtomatik şəkildə mətni ekranın sərhədinə tənzimləmək bacarığına malikdir, həmçinin Adobe Flash 10.3 dəstəyindən yararlanır. O, videoya sosial şəbəkələrdə baxmağa və hətta oyunlar oynamağa imkan verir.
Proqramlar Smartfonun müxtəlif növ əlavələrlə həddən artıq doldurulması onu göstərir ki, bunların hamısının öyrənilməsinə böyük miqdarda vaxtın sərf olunacaq. Bu da özü-özlüyündə yaxşı şeydir, axı bizim hamımız yeni oyuncağın içərisindəkiləri qurdalamağı xoşlayırıq. Smartfon səsli idarəetməyə malikdir: o müxtəlif komandaları idarə etməyi bacarır, lakin hələlik rus dili tətbiq edilmir. Ofis əlavələri dəsti standartdır. Bunlar müxtəlif qeydlər və yaddaşlar, funksional təqvim və siqnalı quraşdırılmış vaxtdan bir az əvvəl və xoşagələn səslə verməyi bacaran rahat zəngli saatdır.
Ünsiyyət Zəng servisi yaxşı təşkil edilmişdir. Bu, həftə günləri üzrə məlumatları qruplaşdıran zənglərin funksional siyahısıdır. Buraya təkcə səsli əlaqə deyil, həm də yazışma da daxildir. Zənglər jurnalı kontakt siyahısı ilə bağlıdır, təkcə qonşu səhifəyə keçmək kifayət edər. Buraya yalnız Google akkaunt və SIM-kartdakı adamlar deyil, həm də müxtəlif sosial şəbəkələrdən olan adamlar əlavə edilir. Aparat neçə müddət işləyir. Li-Ion smartfonu 1650mA*s batareya ilə təchiz edilmişdir. İstehsalçı ənənəvi olaraq gözləmə rejimində yüzlərlə saat vəd edir. Lakin bu cür telefonları yükləmə göstəricisinə baxmaq üçün deyil, onlardan istifadə etmək üçün alınır. i9100 ilə müqayisədə telefon pis nəticələr göstərir – burada 1.5 günlük iş deyil, bir günlük və hətta daha az müddətlik iş var. microUSB yükləyicisini indi istənilən evdə və ya ofisdə tapmaq mümkündür, USB –portdan da telefonu yükləmək problem deyil.
Nəticə Samsung i9103 smartfonun istifadəyə verilməsini cəsarətlə dəbin hədiyyəsi adlandırmaq olar. Telefonda Koreya şirkətindən NVIDIA Tegra 2-yə sahib olmaq istəyirsiniz? Buyurun. Modelin flaqman i9100 modelindən geri qalması xoşunuza gəlmir? Axı qiymət baxımından da bu daha ucuzdur.
|