|
“ Eksklüziv Zəmanət” yalnız “Samsung” markalı mobil telefonlara aiddir.
1. Aşağıda qeyd olunan qüsur və nasazlıqlar “Eksklüziv Zəmanət” xidməti vasitəsilə təmir edilir: a) istehsalat qüsurları b) istifadəçinin günahı üzündən baş verən nasazlıqlar c) telefonun içinə maye düşməsi nəticəsində yaranan nasazlıqlar d) elektrik cərəyanı nəticəsində yaranan nasazlıqlar, batareya və adapterin sıradan çıxması
2. Texniki xidmət mərkəzi zəmanət talonlarını yalnız şəxsiyyət vəsiqəsi ilə qəbul edir. 3. Texniki xidmət mərkəzinə eyni qüsur səbəbindən 3 dəfə müraciət edildikdə, telefon eyni modeldən olan yenisi ilə əvəz olunur. 4. Təmirə ehtiyacı olan telefon texniki xidmət mərkəzində 14 günə qədər qala bilər. 5. Müştərinin satın aldığı mal istifadə olunmayıbsa, onun xarici görünüşü, istehlak xassələri, plombu, kassa çeki və alınan mal ilə birlikdə verilən sənədləri saxlanıldığı halda, alınan mal 14 gün müddətində qaytarıla və dəyişdirilə bilər. 6. “Eksklüziv Zəmanət” xidməti aşağıda göstərilən hallara şamil olunmur: a) “GSM Service. Az” mütəxəssislərindən başqa hər hansı bir şəxs tərəfində təmir olunubsa b) telefonun korpus və qulaqcıqlarında yaranan nasazlıqlar və mexaniki zədələr
7. “Eksklüziv Zəmanət” talonunun sahibi korpus və qulaqcıqların dəyişdirilməsi və təmirində 50 % güzəştə malikdir. 8. Düzgün doldurulmamış zəmanət talonu etibarsız sayılılr.
GSM SERVICE.AZ şirkəti mobil telefonların təmiri, zəmanəti və zəmanət sonrası xidmət üzrə müasir yüksəktexnologiyalı xidmət mərkəzidir. Komandamız standart GSM Azərbaycana gəldiyi andan bu sahədə çalışan ən yüksək səviyyəli peşəkarlardan ibarətdir.
GSM SERVICE.AZ şirkəti Azərbaycanın mobil bazarında təmsil olunan bütün mobil telefonların təmiri, zəmanəti və zəmanət sonrası xidmət üzrə bütün xidmətləri təmin edir.
Sizə aşağıdakı xidmətlər təklif olunur:
- Displeylərin dəyişdirilməsi (LCD) - Şleyflərin dəyişdirilməsi - Dinamiklərin dəyişdirilməsi - Mikrofonların dəyişdirilməsi - Korpusun dəyişdirilməsi - Antena dəyişdirici açarlarının dəyişdirilməsi (SWITCH) - Prosessorların dəyişdirilməsi (CPU, PFO) - Telefonun blokirovkasının açılması - Mobil telefona PT yazılması - Korroziya və zərbədən sonra bərpa - PBA dəyişdirilməsi
Link: http://www.gsmservice.az

|