Каталог товаров

Мобильные телефоны

DECT телефоны

Проводные телефоны

GPS навигаторы

Планшетные ПК

Нетбуки

×
Присоединяйся и Ты!
 

Партнеры

Баннер
Баннер
Баннер
Баннер

Bada platforması üzərində həssas cihazlı 3-cü nəsil smartfonu

PDF Печать E-mail
Недоступен ни однин перевод.


Wave578 — zəngin funksional içliyə malik, bada platforması üzərində sensorlu 3G smartfonudur. Sizin smartfonlarla tanışlığınızın dərəcəsindən asılı olmayaraq siz onun geniş kommunikasiya imkanlarından və Samsung-un bu innovativ platformasının rəhbərliyi altında  cihazlar üzərində istifadə oluna bilən tətbiqi kompüter proqramlarının rəngarəngliyindən razı qalacaqsınız. Parlaq, böyük displey, sürətli qoşulma texnologiyaları, sosial şəbəkələrə asan giriş imkanı və video zənglər – bütün bunlar metal bəzəkli hamar və dəbdəbəli gövdə içində yerləşməklə sizin xidmətinizdədir.

 



Çevik məlumat mübadiləsi üçün yüksək sürətli rabitə

 

Ən müasir Wi-Fi və Bluetooth 3.0 standartları sayəsində məlumat nəqlinin sürəti daha yüksək oldu. Çevik simsiz LAN rabitəsi videoyazıların , oyun və tətbiqi kompüter proqramlarının köçürülməsi sürətini artırır, sizə fotoşəkilləri daha tez dərc etmək və öz yeni xəbərlərinizi dostlarınızla mübadilə etmək imkanı yaradır. Müasir BT 3.0 standartı — daha etibarlı və çevik rabitə deməkdir: dolaşıq naqillər olmadan zənglər qəbul edin və musiqi dinləyin, habelə ani fayl mübadiləsi üçün smartfonu digər Bluetooth cihazlarına qoşun, eyni vaxtda printerlər, noutbuklar və fərdi kompüterləri (FK) işə salın.

Yüksək texnologiyalı və dəbdəbəli

Sonuncu Wave578 modelinin zərif gövdəsinin rəvan xətləri və dəyirmi kənarları sizin müasir üslubunuzu vurğulayacaq. Əl ilə toxunduqda xoş təəssürat bağışlayan metal bəzəklər smartfona zəriflik bəxş edir, lakin onun çəkisini artırmır. Sizi çevik və təhlükəsiz tərzdə adi iş günlərindən fəal mobil ünsiyyət dünyasına keçirməyə qadir olan smartfonun əlinizdə necə rahatlıqla durduğunu qiymətləndirəcəksiniz.

Zəngin virtual ünsiyyət

Social Hub sosial portalı sosial şəbəkələr, çatlar (söhbətlər), elektron poçt və təqvimlərin dağınıq qeydiyyat yazılarını bir yerə toplamağa imkan verir. Telefon kitabı və təqvimi məşhur sosial şəbəkələr (Facebook, Twitter və MySpace) ilə sinxronlaşdırmaq imkanı sayəsində KİV məzmunlarını dostlarla mübadilə etmək və statusları yeniləşdirmək daha asan olacaq. Push IM texnologiyası ani xəbər mübadiləsini təmin edir, sosial şəbəkələrin idarəetmə menüləri (vidcet) isə bir toxunuşla real vaxt rejimində sevimli saytlara və yeni xəbərlərə daxil olmaq imkanı yaradır. Smartfonun qarşı lövhəsində yerləşən və onun içinə quraşdırılan kamera video zənglər etməyə və video söhbət əsnasında avtoportret videosu yazmağa imkan verir.

Rəngarəng Samsung Apps tətbiqi kompüter proqramları

Siz oyunlar, əyləncə və sosial şəbəkələrdə ünsiyyət üçün tətbiqi kompüter proqramlarının zəngin çeşidinin köməyi ilə öz mobil rabitə həyatınızı rəngarəngləşdirə bilərsiniz. Yüksək keyfiyyətli tətbiqi kompüter proqramlarının geniş çeşidi, o cümlədən həm pulsuz, həm də Samsung Apps dükanından əldə edilən ödənişli elektron kitablar, xəbərlər və sorğu kitabları  vasitəsilə Wave578 smartfonunu öz ehtiyaclarınıza uyğun olaraq sazlayın. 

Bada platforması üzərində daim artırılan, bada platforması ilə bir-birinə qarşılıqlı təsir göstərən xidmət proqramları üçün optimal şəklə salınan, Samsung şirkəti tərəfindən fəal surətdə təkmilləşdirilən və dəstəklənən tətbiqi kompüter proqramları çeşidinin üstünlüklərindən bəhrələnin.